LEYKEMİYA XƏSTƏLƏRİNƏ DƏSTƏK Dərnəyinə xoş gəldiniz!

Bu sayt Leykemiya xəstələrinin, onların yaxınlarının və sadəcə onlara yardım əlini uzatmaq istəyənlər tərəfindən hazırlanır və dəstəklənir. Məqsəd bu xəstəlik, müasir müalicə üsulları, dərmanlar və xəstəliklə əlaqədar ən son məlumatlarları xəstələrin nəzərinə çatdırmaqdır. Azərbaycanın bütün bölgələrindən xəstələri və onların qayğısına qalanları salamlayırıq və onları online dərnəyimizə qoşulmağa səsləyirik. Nəzərinizə çatdıraq ki, Azərbaycan dilində olan leykemiya haqqında ilk websaytda bütün məlumatlar Ingilis və Rus dillərindən tərcümə olunub və xəstəliyiniz haqqında bilməyiniz zəruri olan informasiyadan ibarətdir. (Mənbələrə istinad bütün məqalələrin sonunda gostərilir) Dərnəyimizə qoşulanların hər biri forumdakı müzakirələrdə iştirak edə, suallar verə və öz təcrübəsi ilə bölüşə bilər. Onlar həmçinin saytda maraqlı hesab etdikləri məqalələr və ya hər hansı bir weblink yerləşdirməyi təklif edə bilərlər. Ümidvarıq ki, saytımızda yerləşdirilən hər bir bölmədən faydalana biləcəksiniz. Bu saytda olan bütün məlumatlar Azərbaycan dilində olsa da, burada Ingilis və Rus dillərində səhifə ayırmışıq. Bu səhifələrdə əsasən, leykemiyaya dair bütün maraqlı və lazımlı weblinklər yerləsdirmisik. Xəstəliyinizə dair ən son yeniliklər, elmi araşdırma və publikasiyalar Ingilis və Rus dillərində olduğundan daim yenilənən bu bölməmizə tez-tez baş çəkməyi sizə məsləhət görürük. Qeyd etməliyik ki, biz tibb mütəxəssisi olmadığımızdan burada yerləşdirdiyimiz heç bir məlumat həkim-mütəxəssisin sizə verdiyi məsləhəti üstünləmir. Bu websaytda yerləşdirilən informasiyanın düzgün və dəqiq olması üçün biz əlimizdən gələni əsirgəmirik, lakin, bir daha nəzərinizə çatdırırıq ki, xəstəliyinizlə əlaqədar bütün problemlərinizi mütəxəssis hematoloqla müzakirə etməyiniz vacibdir.

Dünyada Leykemiya Xəstələrinə Dəstək qruplarının Qlobal Web şəbəkəsinin yaranması haqqında

Dünyada bir çox xəstəliklər və o cümlədən Leykemiya Xəstələrinə Dəstək qruplarının yaranması son zamanlar geniş yayilmaqdadır. Belə dərnəklər muasir mualicə usulları, dərmanlar və xəstəliklə əlagədar ən son məlumatlarları xəstələrin nəzərinə çatdırmaqda və müalicə üsullarının daha tez təkmilləşməsində mühüm rol oynayır.

Leykemiya Nədir

Leykemiya* sümük iliyinin və qanın xərçəngidir. Bu xəstəlik qanda ağ hüceyrələrin çoxluq təçkil etməsi ilə müşayət olunur. Leykemiyanın dörd əsas növü bəllidir: miyelo- və limfo- leykoz, və bunlar öz növbəsində kəskin və xroniki növlərə bölünür. Miyelo və limfo terminləri zədələnən hüceyrənin növü ilə bağlıdır. Beləliklə leykemiyanın dörd əsas növü:

* Kəskin Limfo Leykemiya
* Xroniki Limfo Leykemiya

* Kəskin Miyelo Leykemiya

* Xroniki Miyelo Leykemiya